ABŞ-da şiddətli soyuqlar səbəbindən əhaliyə evdən çıxmamaq tövsiyə olunub

ABŞ-da şiddətli soyuqlar səbəbindən əhaliyə evdən çıxmamaq tövsiyə olunub
# 07 yanvar 2014 10:48 (UTC +04:00)

APA-nın “Euronews” kanalına istinadən verdiyi məlumata görə, Minnesota, Ayova, Şimali Dakota, Viskonsin, Montana ştatlarında bu gün mənfi 40-50 dərəcə şaxta gözlənilir.

ABŞ-ın müvafiq qurumları vətəndaşları bu havada küçəyə çıxmamağa, elektrik enerjisinə qənaət etməyə çağırıb. Şaxtadan ABŞ-da artıq 17, Kanadada isə 10 nəfər vəfat edib, 40 mindən artıq ev elektrik enerjisiz qalıb, 4 mindən çox aviareys təxirə salınıb və ya ləğv edilib.

Qeyd edək ki, hazırda müşahidə olunan şaxtalar Şimali Amerikada son 40 il ərzində ən şiddətli soyuqlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR