Bu il buraxılış siniflərini bitirən məzunlara attestatların və şəhadətnamələrin hansı qaydada veriləcəyi açıqlanıb

Bu il buraxılış siniflərini bitirən məzunlara attestatların və şəhadətnamələrin hansı qaydada veriləcəyi açıqlanıb
# 28 yanvar 2014 11:32 (UTC +04:00)

Təhsil Nazirliyinin “Qaynar Xətti”nə ali məktəblərdə keçirilən imtahanlar ilə bağlı kifayət qədər müraciət daxil olub

Bakı. Könül Kamilqızı - APA. Bu il buraxılış siniflərini bitirən məzunlara attestatların və şəhadətnamələrin verilməsi proseduru ötən il olduğu kimi həyata keçiriləcək. APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, ötən ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə buraxılış siniflərini bitirən məzunlara attestatların və şəhadətnamələrin verilməsi qaydalarında dəyişikliklər edilib və buna əsasən bütün məzunlar attestatlarla təmin olunub. Nazir müavininin sözlərinə görə, həmin qərara uyğun olaraq, ötən il orta məktəblərin buraxılış siniflərini bitirən məzunların 99.3 faizi attestatlarını alıblar: “Ötən il attestatların verilməsində yeni qaydaların tətbiqi yalnız bir il müddətində nəzərdə tutulmamışdı. Bu il də prosedur eyni qaydada həyata keçiriləcək”.

C. Bayramov, qış imtahan sessiyası ərzində ali məktəblərdə yaradılan “Qaynar xətt” xidmətlərinə daxil olan müraciətlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin “Qaynar Xətti”nə də ali məktəblərdə keçirilən imtahanlarla bağlı kifayət qədər müraciət daxil olub: “Müraciətlər müxtəlif məsələləri əhatə edir. Təhsil Nazirliyi həmin müraciətlərə operativ qaydada reaksiya verir və onları araşdırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR