Bakıda xeyli miqdarda döyüş sursatı tapılıb

Bakıda xeyli miqdarda döyüş sursatı tapılıb
# 02 iyul 2014 15:55 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda döyüş sursatlar aşkar edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda tikinti işləri aparılan ərazidə döyüş sursatı aşkarlanıb.

FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Müəyyən olunub ki, istifadəyə yararsız olan 2 ədəd FQ 9 mərmisi, 45 ədəd tüstü şaşkası, 700 ədəd əleyhqaz, 8000 ədəd fərdi dozametr, 1000 ədəd doza ölçən flakon (məhlul), 15 ədəd doza ölçən aparat aşkar edilib.

Aşkarlanmış sursatlar aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, şübhəli əşya aşkar etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR