Ötən ay Azərbaycan dizel və təyyarə yanacağının ixracını artırıb

Ötən ay Azərbaycan dizel və təyyarə yanacağının ixracını artırıb
# 02 iyul 2014 07:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin iyun ayında 173 ton avtomobil benzini ixrac edib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 dəfə azdır.

Bu ilin iyun ayında 80 202 ton dizel yanacağı ixrac edilib ki, bu da analoji dövrün göstəriciləri ilə müqayisədə 23,9% çoxdur. Həmçinin ötən ay 32 531 ton təyyarə yanacağı ixrac edilib ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 85,2% çoxdur.

Ötən ay həmçinin ARDNŞ tərəfindən 39 260 ton vakuum qazoylu da ixrac edilib.

Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində 557 ton avtomobil benzini ixrac edilib. Bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 19,2 dəfə azdır.

Bu ilin 6 ayı ərzində ötən illə müqayisədə 23,1% az və ya 377 636 ton dizel yanacağı, 4% az və ya 75 591 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 109 635 ton vakuum qazoylu ixrac edilib.

Qeyd edək ki, bu ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 1021,32 dollar, təyyarə yanacağının - 958,18 dollar, dizel yanacağının - 901,80 dollar, 1% kükürdlü mazutun qiyməti 641,07 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR