® Gillette lotereyasının üç iştirakçısı Braziliyaya səyahət qazanıb!

<font color=red>® </font> Gillette lotereyasının üç iştirakçısı Braziliyaya səyahət qazanıb!
# 04 iyun 2014 11:06 (UTC +04:00)

Bakı – APA-Economics. 1 iyun 2014-cü il tarixində “Gillette” Park Bulvar ticarət mərkəzində mindən artıq nəfəri toplayaraq, lotereyanın final oyununu keçirib və bu oyunda 3 nəfər qalib Braziliyaya səyahət qazanıb.

Braziliya futbol yığmasının sponsoru olaraq, “Gillette” Braziliya futbolunun bənzərsiz təəssüratlarını və ölkənin görməli yerlərini paylaşmaq istəyir.

Qaliblər ərizə verən 2413 nəfər arasından seçilmişdir. Bəxtəvər qaliblər Babayev Vüqar Marif oğlu, Quliyev Elçin Qəzənfər oğlu və Haciyev Fərid Bəhram oğlu olub.

Loreteyada iştirak etmək üçün Blue3, Mach3 və ya Fusion Proglide ülgücünü almaq və şəhərin iri supermarketlərində yerləşən lotereya qeydiyyat məntəqələrində ərizə vermək tələb olunurdu. Bundan əlavə, Park Bulvar ticarət mərkəzində ərizə verənlərə aksiya təşkilatçılarının hazırladığı qapıya penalti vuraraq ülgücləri endirimli qiymətlə almaq imkanı verilib.

“Gillette” həmçinin öz qonaqları üçün sürpriz də edib: final oyununa dünyaca məşhur futbol fristayleri Erkan Yetim dəvət olunmuşdu. O, öz çıxışı ilə bütün auditoriyanı heyrətləndirib.

Lakin “Gillette” bu sürprizlə kifayətlənmədi – tədbirdə həmçinin elan edildi ki, gələn həftədən etibarən Braziliya yığmasının bütün azarkeşləri öz sevimli komandalarının simvolları olan xüsusi ülgüc kolleksiyasını Azərbaycan mağazalarında ala biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR