Bu gün Azərbaycanın bir sıra rayonlarında qaz kəsiləcək

Bu gün Azərbaycanın bir sıra rayonlarında qaz kəsiləcək
# 10 sentyabr 2013 08:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Tər-tər, Ağsu, Hacıqabul, Xətai və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar Tər-tər və Ağsu rayonlarının bir hissəsində, Xətai rayonunun Nobel prospektinin bir hissəsində, A.Cəlilov, Y.Səfərov, M.Mehdizadə və F.Bayramov küçələrində, Xəzər rayonunun Hövsan Südçülük Sovxozunda, həmçinin Hacıqabul rayonunun Muğan və Udulu kəndlərində təbii qaz verilişində fasilələr yaranacaq.

Saat 18:00-dək “Tət-tər” ölçü qovşağında, “Ağsu” QPS-dən qidalanan “Ağsu-2” qaz kəmərində, “Keşlə” QPS-dən qidalanan 530 mm-lik qaz kəmərində, “Yeni Binə” QPS-dən, həmçinin saat 16:00-dək “Muğan” AQPS-dən qidalanan “Muğan” orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR