Ərəb ölkələri, Mərkəzi Asiya və Azərbaycan arasında ər-Riyadda keçirilməli olan I Əməkdaşlıq Forumu təxirə salınıb

Ərəb ölkələri, Mərkəzi Asiya və Azərbaycan arasında ər-Riyadda keçirilməli olan I Əməkdaşlıq Forumu təxirə salınıb
# 02 dekabr 2013 07:22 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi paytaxt ər-Riyadda bu günə planlaşdırılan Ərəb ölkələri, Mərkəzi Asiya və Azərbaycan arasında I Əməkdaşlıq Forumunu təxirə salmaq qərarına gəlib.

APA-nın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı XİN-in bəyanatında deyilir.

Məlumata əsasən, rəsmi ər-Riyad forumdan ciddi nəticələr və iştirakçı ölkələrin fəal iştirakını gözləyib. Bəyanatda həmçinin ərəb ölkələri ilə Mərkəzi Asiya və Azərbaycan arasında iqtisadi, sosial, mədəni və tarixi əlaqələrin vacibliyi vurğulanır.

Forumun yeni tarixi iştirakçı ölkələr arasında məsləhətləşmələrdən sonra müəyyən olunacaq. Bu gün və sabah keçirilməli olan tədbirdə xarici işlər, maliyyə və iqtisadi inkişaf nazirlərinin, maliyyə institutlarının və ticarət palatalarının nümayəndələrinin iştirakı gözlənilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR