Yenidən qurulan Qala-Şüvalan-Pirallahı yolu 2014-cü ildə istismara veriləcək - FOTO

Yenidən qurulan Qala-Şüvalan-Pirallahı yolu 2014-cü ildə istismara veriləcək - <span style="color: red;">FOTO
# 21 noyabr 2013 07:42 (UTC +04:00)

Bakı – APA-Economics. Qala-Şüvalan-Pirallahı yolu yenidən qurulur. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economic”ə verilən məlumata görə, yolun uzunluğu 21,7 km, eni 28 m təşkil edəcək.

Yolun 6,9 km-i 6, 14,8 km-i isə 4 zolaqdan ibarət olacaq. Layihə üzrə 2 yol qovşağı və 1 tunelin tikintisi nəzərdə tutulur.

Artıq yolun 14,8 km hissəsində torpaq işləri, 12,2 km hissəsində asfalt-beton örtüyün alt layının döşənməsi başa çatdırılıb. İlin sonuna qədər 14,8 km hissədə üst lay istisna olmaqla, asfalt-beton işlərinin yekunlaşması gözlənilir.

Bütövlükdə yolun 2014-cü ildə istismara verilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR