Qahirədə 3 polis əməkdaşı qətlə yetirilib

Qahirədə 3 polis əməkdaşı qətlə yetirilib
# 20 may 2014 02:24 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə paytaxt Qahirədə, əl-Azhar Universiteti yaxınlığında baş verib.

Şahidlərin bildirdiyinə görə, yaraqlılar asayiş keşikçilərinə avtomobildən atəş açıblar.

Qeyd edək ki, mayın 26-27-də Misirdə prezident seçkiləri keçiriləcək. Prezident postu uğrunda iki namizəd mübarizə aparacaq. Sabiq müdafiə naziri Abdel Fəttah əs-Sisi və “Milli Qurtuluş Cəbhəsi”-nin lideri Hamdin Sabbahidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR