Azərbaycan Dövlət Neft Fondunun aktivləri 35,8 mln. dolları ötüb

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 35,8 mln. dolları ötüb
# 21 oktyabr 2013 11:55 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Fondun rəsmi məlumatında deyilir.

Yanvar-sentyabr ayları ərzində Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 774,8 mln. manat, o cümlədən mənfəət nefti və qazın satışından 9 766,8 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat, tranzit gəlirləri 6,0 mln. manat, bonus ödənişləri 0,3 mln. manat, xarici sərmayədarlar tərəfindən təhvil verilmiş aktivlərdən 0,06 mln. manat təşkil edib. Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 311,2 mln. manata bərabər olub.

Hesabat dövrü ərzində Fondun 8 339,9 mln. manat vəsaiti dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 249,3 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 106,4 mln. manat, «Bakı-Tbilisi-Qars yeni dəmir yolu Layihəsi»nin maliyyələşdirilməsinə 10,9 mln. manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə 12,4 mln. manat yönəldilib. Bu ilin 9 ayı ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 27,8 mln. manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 38,7 mln. manat təşkil edib.

Nəticədə, 2013-cü il oktyabrın 1-ə Fondun aktivləri ilin əvvəlinə nisbətən 4,9% artaraq 35 809,2 mln. ABŞ dollarına çatıb.

Qeyd edək ki, 2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və bu ilin oktyabrın 1-nə ARDNF tərəfindən alınmış qızılın miqdarı 26 442,5 kq (850 146 troya unsiyası) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR