Azad Rəhimov gənclərin beynəlxalq “Böyük İpək Yolu”na qatılıb - FOTOSESSİYA

Azad Rəhimov gənclərin beynəlxalq “Böyük İpək Yolu”na qatılıb - <span style="color: red;">FOTOSESSİYA
# 19 iyun 2014 07:49 (UTC +04:00)

Bakı-APA. Gənclər və idman naziri Azad Rəhimov Yunanıstanın Saloniki şəhərində keçirilən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının III üzvlər iclasına qatılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 28 ölkənin gənclərinin bu mötəbər tədbirdə iştirakını yüksək qiymətləndirən Azad Rəhimov bu münasibətlə onları təbrik edib: “Bu yeni platforma qısa müddətdə dünya gənclər hərəkatında öz yerini tapıb və sıralarını genişləndirərək beynəlxalq müstəvidə bir çox layihələr həyata keçirib. Qeyd etməliyəm ki, gələcəkdə də təşkilat tərəfdən irəli sürülən maraqlı ideyaları dəstəkləməyi Azərbaycan hökuməti öz üzərinə götürür”.

Nazir tədbir iştirakçılarını oktyabr ayında BMT-nin təşəbbüsü ilə Bakıda baş tutacaq "Gənclər siyasəti üzrə Qlobal Forum"a dəvət edib. Daha sonra iclas seksiyalarda öz işini davam edib.


Eyni zamanda səfəri çərçivəsində nazir Azad Rəhimov Saloniki şəhərinin meri Yannis Butarislə və Yunanıstanın Makedoniya və Frakiya üzrə naziri Yorqos Orfanocla da görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR