Bakı-Qazax magistralında KamAZ yolun kənarında dayanmış yük maşınlarına çırpılıb, ölən və yaralananlar var - FOTO - VİDEO

Bakı-Qazax magistralında KamAZ yolun kənarında dayanmış yük maşınlarına çırpılıb, ölən və yaralananlar var  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 sentyabr 2013 18:30 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, DYP postu yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, KamAZ markalı yük maşınının yolun kənarında dayanmış eyni markalı digər 2 maşına çırpılması nəticəsində bir nəfər ölüb, üç nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəza hərəkətdə olan yük maşınının sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Hadisə nəticəsində Bakı-Qazax yolunda böyük tıxac yaranıb. DYP əməkdaşları nəqliyyatın hərəkətinin bərpası üçün səylər göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR