Bakı. Rəşad Süleymanov – APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 17-də Füzuli rayonu istiqamətində – Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsinin səhra köməkçisi Xristo Xristov, Piter Svedberq və Jiri Aberle keçirəcəklər.