ABŞ-ın Vaşinqton və Savanna şəhərlərinin merləri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü təbrik ediblər

ABŞ-ın Vaşinqton və Savanna şəhərlərinin merləri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü təbrik ediblər
# 10 may 2013 06:26 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, hər iki təbrik məktubunda ümummilli lider Heydər Əliyevin Azərbaycan-ABŞ strateji müttəfiqliyinin güclənməsindəki, o cümlədən 11 sentyabr 2001-ci il terror hadisələrindən sonra Azərbaycanın ABŞ-a qeyd-şərtsiz dəstəyin verilməsindəki rolu xüsusi qeyd olunur.

Savanna şəhərinin meri Edna Branch Jackson prezident Heydər Əliyevin Xəzər dənizinin neft və qaz resurslarının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə cəlb olunması və onun müstəqil Azərbaycanda dini dözümlülüyün təşviqi istiqamətində səylərini təqdir edib.

Kolumbiya Dairəsinin meri Vincent C. Gray isə Heydər Əliyevin liderliyi altında Azərbaycanın inkişaf etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR