Böyük Britaniyada ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

Böyük Britaniyada ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb
# 08 yanvar 2014 00:57 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında Böyük Britaniyanın Norfolk qraflığı ərazisində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb, nəticədə 4 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı ABŞ hərbçiləridir, onların arasında Britaniya vətəndaşı yoxdur.

Məlumata görə, helikopter dəniz sahilində, bataqlıq ərazidə qəzaya uğrayıb. Hadisə yerinə kənar şəxslər buraxılmır.

Qeyd edək ki, Böyük Britaniyanın Norfok qraflığı ərazisində ABŞ-a məxsus bir neçə hərbi baza var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR