Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödənişlər yanvarda 4% artıb

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödənişlər yanvarda 4% artıb
# 04 fevral 2014 14:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə 1 296 sığorta tələbi üzrə 1 657 772 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, nəqliyyat vasitələrinə dəyən zərər üzrə 1 183 sığorta tələbi ilə bağlı 1 433 277 manat, əmlaka dəyən zərər üzrə 38 sığorta tələbi ilə bağlı 59 745 manat, sağlamlığa dəyən zərər üzrə 55 sığorta tələbi ilə bağlı 68 750 manat və şəxsin ölümü üzrə 20 sığorta tələbi ilə bağlı 96 000 manat ödənilib.

Bu ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 15%, sığorta ödənişlərinin məbləğində isə 4% artım müşahidə edilib.

Hesabat ayında avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1 212 manat təşkil edib.

Ötən ay İcbari Sığorta Bürosunun icraatında 6 kompensasiya işi olub ki, bunlardan bir iş üzrə vətəndaşın az ağır xəsarət alması ilə əlaqədar 1 500 manat məbləğində kompensasiya ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR