ABŞ-da “QaraBağ" diski işıq üzü görüb - FOTO

ABŞ-da “QaraBağ" diski işıq üzü görüb - <span style="color: red;">FOTO
# 11 iyun 2014 08:37 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn diskdə Azərbaycan klassik musiqi nümunələri saksofonçu Zülfüqar Bağırovun və portuqaliyalı pianoçu Renato Dizin ifasında müasir üslubda və yeni improvizədə dinləyicilərə təqdim olunur.

Albomda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından, Qara Qarayevin “Yeddi gözəl” baletindən və “Skripka və orkestr üçün konsert”indən parçalar, bəstəkar Zakir Bağırovun “Miniatürlər, Andanito” əsərindən müqəddimə yer alıb. Daha bir improvizə Fərəc Qarayevin “Qobustan kölgələri” baleti, Zakir Bağırovun “Miniatürlər, mahnı və rəqs” və “İki ifaçı üçün sonata”sının sintezindən ərsəyə gətirilib. Altıncı nümunə isə Fərəc Qarayevin “Tristessa” əsərinin improvizə olunmuş yeni variantıdır.

Albomda musiqi nümunələrinin müəllifləri haqqında da məlumat verilib, həmçinin Zülfüqar Bağırov və Renato Diz tanıtım bukletində öz təəssüratlarını dinləyicilərlə bölüşüblər. Zülfüqar Bağırov “QaraBağ” albomun qədim və əzəli torpaqlarımıza həsr olunduğunu vurğulayır və qeyd edir ki, Qarabağ Azərbaycan musiqisinin beşiyidir. Renato Diz isə diskin ərsəyə gəlməsi prosesindən, iki musiqiçi arasında yaranan metafizik bağlantıdan söhbət açır, klassik Azərbaycan musiqisinə heyranlığını ifadə edir.

Qeyd edək ki, Zülfüqar Bağırov görkəmli bəstəkarlar Qara Qarayev və Zakir Bağırovun nəvəsidir. "QaraBağ: ZulfiqaRenatuS" diskini əldə etmək istəyənlər http://www.karabakhfoundation.org/ZulfiqaRenatuS/ linkinə daxil ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR