Azərbaycan prezidenti AŞPA sədri, AŞ-nin baş katibi və Avropa İnsan Haqları Məhkəməsinin sədri ilə görüşüb - FOTOSESSİYA - VİDEO

Azərbaycan prezidenti AŞPA sədri, AŞ-nin baş katibi və Avropa İnsan Haqları Məhkəməsinin sədri ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 iyun 2014 09:06 (UTC +04:00)

APA-nın Avropa bürosunun xəbərinə görə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində AŞPA sədri xanım Ann Brassörün dəvəti ilə həyata keçirilən səfər zamanı dövlət başçısı ilk olaraq AŞPA sədri ilə görüşüb. O, Avropa Şurasına gələn yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulmuş Şərəf Kitabçasına öz ürək sözlərini yazıb.

Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və AŞPA-nın baş katibi Voyçek Savitski iştirak ediblər.

Daha sonra Azərbaycan prezidenti AŞ-nin baş katibi T. Yaqland və Avropa İnsan Haqları Məhkəməsinin sədri Din Şpilmanla görüşüb. D. Şpilmanla görüşdə məhkəmənin azərbaycanlı hakimi Xanlar Hacıyev də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR