Moskvada Azərbaycan və Rusiya müdafiə nazirləri arasında ikitərəfli görüş keçirilib - FOTO

Moskvada Azərbaycan və Rusiya müdafiə nazirləri arasında ikitərəfli görüş keçirilib - <span style="color: red;">FOTO
# 23 may 2014 13:58 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, III Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş zamanı S. Şoyqu bildirib ki, bütün “rəngli inqilablar” bu və ya digər dərəcədə qan tökülməsinə, qeyri-sabitliyə və müsbət perspektivlərin olmamasına gətirib çıxarır: “İkitərəfli əlaqələr və ünsiyyət həm Azərbaycan və Rusiya arasında, həm də regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə təsir göstərəcək”.

General-polkovnik Zakir Həsənov isə Azərbaycanın sabitlik və demokratiya yolu ilə inkişaf etdiyini söyləyib. Nazir iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirib.

Daha sonra nazirlərin görüşü mətbuata qapalı şəraitdə davam etdirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR