Bakıda sevgilisi ilə aralarında problem yaranan qız özünü yandırıb

Bakıda sevgilisi ilə aralarında problem yaranan qız özünü yandırıb
# 30 yanvar 2014 11:55 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mərkəzi Klinikanın qarşısında qeydə alınıb.

1992-ci il təvəllüdlü Məleykə Bayramlı klinikanın qarşısında üzərinə benzin tökərək özünü yandırıb. Qadın ağır bədən xəsarətləri ilə 5 saylı Klinik Xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

İdarədən həmçinin bildirilib ki, M. Bayramlı sevdiyi oğlanla aralarında yaranmış problemlə əlaqədar intihara cəhd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR