Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş keçiriləcək

Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş keçiriləcək
# 07 dekabr 2013 14:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Dekabrın 9-10-da Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş keçiriləcək. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi Rza Nəcəfi bildirib. Onun sözlərinə görə, görüşdə Cenevrə razılaşmasının müddəalarının icraya yönəldilməsi əsas müzakirə mövzusu olacaq: “İran nümayəndə heyətinə İran Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi məsələlər şöbəsinin müdiri Həmid Bəidinejad, “altılıq” ölkələrinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Ştefan Klement rəhbərlik edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR