İstintaq təcridxanasında təqsirləndirilən şəxsdən mobil telefon götürülüb

İstintaq təcridxanasında təqsirləndirilən şəxsdən mobil telefon götürülüb
# 04 dekabr 2013 14:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində istintaq təcridxanasında saxlanılan 1987-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Sirac Almaz oğlu Məmmədovun kamerasına və üzərinə baxış keçirilib. Bu zaman ona məxsus çantanın içərisindən daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Kenxinda M3” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR