Xaçmazda minik maşını hasara çırpılıb, xəsarət alanlar var - VİDEO

Xaçmazda minik maşını hasara çırpılıb, xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 19 iyun 2014 07:40 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb. Quba rayon sakini, 1994-cü il təvəllüdlü Didarlı Rüfət Nemət oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomaşın idarəetməni itirərək yolun kənarındakı daş hasar çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 3 sərnişin və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar minik maşınının sürücüsü R.Didarlı, Quba rayon sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Həsrətqulu Elman oğlu, 1990-cı il təvəllüdlü Didarlı İbrahim Şükür oğlu və 1985-ci il təvəllüdlü Qayıbov Talıb Cəfər oğludur.

Onlardan iki nəfərin D.Rüfət və M.Həsrətqulunun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR