Nəsimi Nəbizadə ilə APA XƏBƏR - VİDEO

Nəsimi Nəbizadə ilə APA XƏBƏR - <span style="color: red;">VİDEO
# 08 aprel 2014 17:17 (UTC +04:00)

Bakı-APA. Bu günün yozumunu bundan əvvəl təqdim etdiyim və sizin də izlədiyiniz qətl faktlarına həsr etmək qərarına gəldim. Səbəbini bir az sonra biləcəksiniz. Bu gün iş vaxtı ölkədə boşanma faktlarının çoxalması ilə bağlı bir reportaj yazısı diqqətimi cəlb edib. Siz o reportaja bu yaxınlarda baxacaqsınız. O yazıda boşanmanın səbəblərindən biri kimi gənclər arasında məhz qısqanclıq göstərilir. Amma Sumqayıtda baş verən bugünkü hadisəni törədən nə kişi gəncdir, nə də öldürdüyü həyat yoldaşı. Onlar yəqin ki, ən azı 30-35 il bir yerdə ömür sürüblər. 67 yaşında kişinin 57 yaşlı arvadını xəyanətdə ittiham edərək “mən onu qısqanclıq zəminində öldürmüşəm” deməsi inandırıcı olmadığı kimi məni qınamayın, bir az da gülünc görünür. Hansısa filosof deyib ki, dünyada ən uğurlu cütlük kor-kar kişi ilə lal qadındır. 57 yaşında kişinin bu sözlərindən belə başa düşmək olar ki, onun gözləri indi açılıb. Digər oxşar hadisəni isə hərbçi törədib. İnsanların şəxsi işinə qarışmağı heç sevmirəm. Əlbəttə, kimin-kimlə qanuni-qanunsuz yaşaması onların öz işidir. Amma cəbhə xəttində bu gün şəhid olan zabit və əsgərlərimizin ölümü hara, bu zabitimizin hərəkəti hara.? Özü də hərb sənəti ən möhkəm xarakteri olan insanları sevir. Bu zabitimiz isə əməli ilə xarakterinin çox zəif olduğunu iki dəfə göstərdi. Restorana apardığı qadını öldürməklə, bundan sonra isə özünə qəsd etmək istəməklə. Bayaq dediyim kimi insanların şəxsi işlərinə qarışmaq yaxşı deyil, amma elə adamlar var ki, onlar üçün ictimai qınaq mütləq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR