Ali Məhkəmədə baxılan mülki işlərin sayı artıb

Ali Məhkəmədə baxılan mülki işlərin sayı artıb
# 24 yanvar 2014 09:22 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin Plenum iclasında çıxış edən mülki kollegiyanın sədri Şəlalə Məmmədova deyib.

Ş. Məmmədova ötən il birinci instansiya məhkəmələri tərəfindən çıxarılan qətnamə və qərarların Ali Məhkəmənin mülki kollegiyası tərəfindən ləğv edilməsinin sayında azalma müşahidə edildiyini deyib: “Mülki kollegiya tərəfindən 2012-ci ildə 5 xüsusi qərardad, 2013-cü ildə isə 1 xüsusi qərardad çıxarılıb. Xüsusi qərardadların sayının azalması onunla bağlıdır ki, məhkəmələrin işində baş vermiş nöqsanlarla bağlı prokurorluğa və digər adiyyatı orqanları müraciət olunub”.

Daha sonra plenum iclasında Ali Məhkəmənin inzibati-iqtisad kollegiyasının sədri Hikmət Mirzəyev çıxış edib. O, 2013-cü ildə kollegiyaya 2074 işin daxil olduğunu bildirib. İclasda cinayət, hərbi kollegiyaların da sədləri çıxış edərək, ötən il ərzində görülmüş işlər barədə məlumat veriblər.

Qeyd olunub ki, ailə, mülkiyyət, əmək hüququna, torpaq, vergi, bank krediti məsələləri ilə bağlı baxılan işlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə qeyd olunub ki, vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı vəzifəli şəxslərin qanunla uzlaşmayan hərəkətlərinə dair inzibati işlərə baxılması 91, 8 faiz təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR