Bakıda silahlı insident törədən şəxs həbs edilib - YENİLƏNİB

Bakıda silahlı insident törədən şəxs həbs edilib - <span style="color: red;">YENİLƏNİB
# 10 iyun 2013 12:41 (UTC +04:00)

Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də xuliqanlıq etdiyi üçün axtarışa verilən Samir Əliyev tutulub və ondan 1 ədəd ov tüfəngi götürülüb.

Qeyd edək ki, məlum hadisə iyunun 8-də Sabunçu rayonu M. Fətəliyev küçəsində qeydə alınıb. Bakı şəhər sakini Samir Əliyev naməlum şəxslə mübahisə edərkən xuliqanlıq zəminində ov tüfəngindən 2 dəfə atəş açaraq həmyerlisi İlqar Hüseynova məxsus “Opel” markalı avtomaşının arxa şüşəsini sındırıb özünə məxsus “Lada-Priora” markalı avtomaşında hadisə yerindən qaçıb.

Hadisə yerinə baxış zamanı 2 ədəd giliz götürülüb.

***

15:12

Bakı. Fuad Cəfərov - APA. Bakıda silahlı insident baş verib.

APA-nın Daxili İşlər Nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə iyunun 9-da Sabunçu rayonu M. Fətəliyev küçəsində qeydə alınıb. Bakı şəhər sakini Samir Əliyev naməlum şəxslə mübahisə edərkən xuliqanlıq zəminində ov tüfəngindən 2 dəfə atəş açaraq həmyerlisi İlqar Hüseynova məxsus “Opel” markalı avtomaşının arxa şüşəsini sındırıb özünə məxsus “Lada-Priora” markalı avtomaşında hadisə yerindən qaçıb.

Hadisə yerinə baxış zamanı 2 ədəd giliz götürülüb.

S. Əliyevin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR