SOCAR ötən ay üzrə dünya bazarında xam neftin orta satış qiymətlərini açıqlayıb

SOCAR ötən ay üzrə dünya bazarında xam neftin orta satış qiymətlərini açıqlayıb
# 04 may 2015 09:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin aprel ayında dünya bazarında xam neftin orta satış qiymətlərini açıqlayıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 59,76 dollara, Urals nefti - 60 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 61,42 dollara satılıb.

Xatırladaq ki, 2014-cü ilin aprel ayında isə dünya bazarında Brent tipli xam neftin 1 bareli 107,63 dollara, Urals nefti - 106,84 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 109,74 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR