Paşha Bank
Bank Of Baku

ABŞ səfirliyinin terror xəbərdarlığından sonra Moskvada “Tsaritsıno” muzey-qoruğu bağlanıb - YENİLƏNİB

ABŞ səfirliyinin terror xəbərdarlığından sonra Moskvada “Tsaritsıno” muzey-qoruğu bağlanıb - YENİLƏNİB
# 01 noyabr 2026 00:16 (UTC +04:00)

ABŞ-ın Rusiyadakı səfirliyinin terror təhlükəsi ilə bağlı xəbərdarlığından sonra Moskvadakı “Tsaritsıno” muzey-qoruğu bağlanıb.

APA-nın Moskva bürosunun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Bildirilib ki, muzey-qoruğa aparan bütün yollar bağlanıb. Qoruğun ən azı iki gün ərzində ziyarətçilər üçün bağlı qalacağı qeyd olunub.

Rusiya Teleqram kanallarının məlumatına görə, əraziyə 50 çevik polis əməkdaşı, Rusiya Milli Qvardiyasının hərbçiləri, yanğınsöndürənlər və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislər göndərilib.

Yol polisi əməkdaşları isə muzey-qoruğun ətrafında hərəkət edən nəqliyyat vasitələrini yoxlayırlar.

Xatırladaq ki, ABŞ səfirliyi daha əvvəl oktyabrın 31-də “Tsaritsıno” muzey-qoruğunun ərazisində insan tələfatına səbəb ola biləcək hadisə təhlükəsi barədə xəbərdarlıq yayıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ABŞ tərəfindən Moskvada terror aktının hazırlanması barədə məlumat aldığını və bununla bağlı müvafiq tədbirlər həyata keçirildiyini təsdiqləyib.



***
19:14

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ-dan tərəfdaş kanallar vasitəsilə Moskvada terror aktının planlaşdırılması barədə məlumat alıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Rusiya xüsusi xidmət orqanları müvafiq tədbirlər görür.

Qeyd edək ki, bu gün ABŞ-ın Rusiyadakı səfirliyi Tsaritsyno Muzey-Qoruğunun ərazisində "kütləvi itkilər"lə bağlı "etibarlı təhlükə" barədə xəbərdarlıq yayıb. Səfirlik diplomatların "Tsaritsino" Muzey-Qoruğunda kütləvi insan tələfatına səbəb ola biləcək təhlükə barədə məlumat əldə etdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR