Abşeron rayonunda 2 nəfər su quyusuna düşərək ölüb

Abşeron rayonunda 2 nəfər su quyusuna düşərək ölüb
# 01 iyun 2016 22:34 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Məmmədli qəsəbəsində 2 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü Əliyev Ümid Bəxtiyar oğlu və 1987-ci il təvəllüdlü Babayev Rahim Sahib oğlu dərinliyi 4 m olan su quyusunda vəfat ediblər.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Ü.Əliyevin və R.Babayevin cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 22:03-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR