İrəvanın mərkəzində mitinq keçirən Raffi Ovannisyan qələbəyə qədər meydanda qalacağını bildirib

İrəvanın mərkəzində mitinq keçirən Raffi Ovannisyan qələbəyə qədər meydanda qalacağını bildirib
# 20 fevral 2013 15:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İrəvanın mərkəzində yerləşən Azadlıq meydanında “İrs” Partiyasının lideri, prezident seçkilərində 37% səs toplayaraq ikinci olduğu açıqlanan Raffi Ovannisyanın çağırışı ilə mitinq başlayıb. APA-nın “Armenia Today” xəbər saytına istinadən verdiyi məlumata görə, R. Ovannisyan bildirib ki, qələbəyə qədər meydanda qalmaq fikrindədir. O, mitinq iştirakçılarını provokasiyalara uymamağa və qorxmamağa çağırıb.

Aksiyaya “İrs” fraksiyasının deputatlarının və Erməni Milli Konqresinin deputatı Nikol Paşinyanın da qoşulacağını açıqlayan R. Ovannisyan bütün müxalifət partiyalarını birliyə səsləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR