Zaqatalada üç gün əvvəl yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb

Zaqatalada üç gün əvvəl yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb
# 11 oktyabr 2014 22:05 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov –APA. Zaqatalada üç gün əvvəl baş verən yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1962-ci il təvəllüdlü, Zaqatala rayonunun Yuxarı Çardaqlar kənd sakini Əlixan İbrahimxəlil oğlu Əhmədov aldığı ağır bədən xəsarətlərindən oktyabrın 11-də 22:30 rədələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsində ölüb.


Qeyd edək ki, Əlixan Əhmədov oktyabrın 8-də gecə saat 04:00 rədələrində idarə etdiyi “VAZ 2106” markalı, 90 BM 746 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpmişdı. Qəzadan sonra ağır bədən xəsarətləri alan Əlixan Əhmədovun müalicəsi Zaqatala RMX-nın reanimasiya şöbəsində aparılırdı.


Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR