Aİ məhkəməsi qeyri-leqal miqrantların həbsxanaya salınmasına qadağa qoyub

Aİ məhkəməsi qeyri-leqal miqrantların həbsxanaya salınmasına qadağa qoyub
# 08 iyun 2016 04:37 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı Məhkəməsi qanunsuz yolla Aİ-yə gələn miqrantların həbsxanaya salınmasının qadağan olunmasına dair qərar qəbul edib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarında qeyd olunur ki, miqrantlar həbs cəzası əvəzinə gəldikləri ölkəyə deportasiya edilməlidirlər.

Bundan başqa, qərara əsasən, deportasiya proseduru həyata keçirilən zaman həddindən artıq gücdən istifadə etmək qadağandır.

Həmçinin, qeyri-leqal miqrantların həyatı üçün heç bir təhlükə yaradılmamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR