Rusiya bankları Ermənistandan idxala görə hesablaşmalara daha diqqətli yanaşacaq

Rusiya bankları Ermənistandan idxala görə hesablaşmalara daha diqqətli yanaşacaq
# 22 iyun 2016 12:49 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Rusiyanın kredit təşkilatları Ermənistan və Qırğızıstandan bu ölkəyə idxal olunan məhsullara görə həyata keçirilən hesablaşmalara daha diqqətli yanaşmalıdır. "APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Bankının bəyanatında deyilir.


Bəyanat Ermənistan və Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına həsr olunur.

Mərkəzi Bankın bəyanatında deyilir ki, diqqətin artırılmasına səbəb hesablaşmalar zamanı vergidən yayınma, cinayət yolu ilə gəlir əldə olunması kimi hallarının qarşısını almaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR