2016-2017-ci illərdə keçiriləcək SAT imtahanlarının tarixləri açıqlanıb

2016-2017-ci illərdə keçiriləcək SAT imtahanlarının tarixləri açıqlanıb
# 29 iyun 2016 15:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-2017-ci illərdə keçiriləcək SAT imtahanlarının tarixlərini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, SAT imtahanlarını TQDK test mərkəzi bu il 1 oktyabr, 3 dekabr, gələn il 21 yanvar, 6 may və 3 iyun tarixlərində keçiriləcək. SAT imtahanları (3 fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) TQDK-nın inzibati binasında təşkil olunacaq. İmtahanlara qeydiyyatdan keçmək üçün http://www.tqdk.gov.az/exam/sat/qeydiyyat/ keçiddən ətraflı məlumat almaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR