Dağıstanda naməlum şəxslər polis avtomobilini partlatmağa cəhd edib

Dağıstanda naməlum şəxslər polis avtomobilini partlatmağa cəhd edib
# 14 iyun 2016 00:20 (UTC +04:00)

Bakı-APA. Dağıstanda naməlum şəxslər polis avtomobilini partlatmağa cəhd edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident Mahacqala yaxınlığındakı Yeni Huşet qəsəbəsində qeydə alınıb.

Partlayıcı qurğu polis avtomobili keçdiyi zaman işə düşüb. Zərərçəkən olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR