Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 2 Sentyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 2 Sentyabr
# 02 sentyabr 2016 18:20 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcminin bir həftədə proqnozdan 10 dəfə çox artması aşkar spekulyasiyadır. Hasilatın bu qədər artması üçün obyektiv səbəb yoxdur - neft buruqlarının sayı artmayıb, neft məhsullarına daxili bazarda tələbat azalmayıb və sair. Deməli, ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabatlar yalnız bazarda qiymətlərlə oynamaq məqsədi daşıyır. ABŞ qiymətləri ucuzlaşdırmaq üçün ehtiyatların həcmini artıq göstərir, qiymətləri qaldırmaq üçün isə həcm azaldılmış şəkildə verilir. Gerçək ehtiyatların həcmi faktiki olaraq məlum deyil, çünki buna nəzarət mexanizmi faktiki yoxdur. Elə Amerika Neft İnstitutu ilə ABŞ Energetika Nazirliyinin ehtiyatların həcminə dair ard-arda açıqladığı rəqəmlərdəki fərq də buradan yaranır. Bu durumun bir obyektiv tərəfi var. Ehtiyatlara dair hesabatlar bazarda qiymətlərlə oynamaq məqsədi daşıyırsa, o zaman ABŞ-ın neftlə bağlı siyasətini anlamaq üçün bu hesabatları izləmək yetər. İndiki durum belədir - Vaşinqton neftin bahalaşmasını istəmir və rəqiblərə qarşı “ucuz neft, az gəlir” xəttini davam etdirir.

Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR