Xaçmazda 83 yaşlı qadın ağır yanıq xəsarətləri alıb

Xaçmazda 83 yaşlı qadın ağır yanıq xəsarətləri alıb
# 31 mart 2015 07:57 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Ötən gün axşam saatlarında Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Keymərəz kənd sakini, 83 yaşlı Mafizət İsayeva yaşadığı evində huşunu itirərək sobanın üzərinə yıxılıb. Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona hər iki əlin said sümüklərinin, üz və boynunun sağ tərəfinin 3-cü dərəcəli termiki yanığı, döş qəfəsinin ön səthinin 2-ci dərəcəli termiki yanığı diaqnozu qoyulub.

İlkin tibbi yardımdan sonra M. İsayeva paytaxtda yerləşən tibb müəssisələrində birinə köçürülüb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR