“Expressbank” “Gold” və “Platinum” plastik kartlarını pulsuz təklif edir

“Expressbank” “Gold” və “Platinum” plastik kartlarını pulsuz təklif edir
# 13 noyabr 2014 09:00 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Expressbank” bank kartlar üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda təklif edir. Belə ki, hesaba minimum 400 manat ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartlarını əldə edə bilərlər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Visa Platinum/MasterCard Platinum üçün isə 800 manat ilkin mədaxil edərək filiallarda və ya www.expressbank.az saytından onlayn sifariş etmək mümkündür. Hər 2 prenium kart üçün SMS məlumatlandırma xidməti pusuz təqdim edilir. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

Bundan başqa müştərilər Visa Electron/Maestro kartlarını 6 manat, Visa Classic /MasterCard Standard kartlarını isə 8 manat əldə edə bilərlər. Kartlar 1 il müddətinə verilir, SMS məlumatlandırma xidməti 6 manatdir.

Expressbank geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

“Expressbank” həmçinin İnternet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşınısı almaq məqsədilə bank kartı istifadəçilərinə 3D Secure xidmətini təqdim edir. Bu xidmət həm Visa, həm də MasterCard kartlarına şamil olunur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və 100-dək “ExpressPay” ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR