"Lukoil" Azərbaycandakı layihələr sayəsində xaricdə qaz hasilatını 18% artırıb

"Lukoil" Azərbaycandakı layihələr sayəsində xaricdə qaz hasilatını 18% artırıb
# 07 iyun 2016 07:35 (UTC +04:00)

Bakı - APA-Economics. "Lukoil" şirkəti I rübdə 5,4 mlrd. kubmetr qaz hasil edib.

"APA-Economics" şirkətin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 4,7% çoxdur.

Hesabatda qeyd edilib ki, şirkət Rusiya xaricində qaz hasilatını 17,8% artırıb. "Buna əsasən Azərbaycan və Özbəkistandakı layihələrin sayəsində nail olunub", - deyə sənəddə vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR