Dolların manata qarşı məzənnəsi ardıcıl beş gün sabitdir

Dolların manata qarşı məzənnəsi ardıcıl beş gün sabitdir
# 04 iyul 2016 15:08 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 5-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi iyulun 5-ə bu günlə müqayisədə dəyişməyərək 1,5425 səviyyəsində müəyyən olunub.

Qeydə edək ki, iyul ayının 1-dən etibarən USD/AZN məzənnəsi bu səviyyədə saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR