Bank Of Baku

Qusarda taxıl sahələri yanıb

Qusarda taxıl sahələri yanıb
# 29 iyul 2018 23:42 (UTC +04:00)

Qusarda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qusar rayonu, Gicanoba kəndində 75 ha biçilmiş taxıl sahəsi və 5 ha kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

 

Rayonun  İmamqulukənd kəndində isə 25 ha biçilmiş taxıl sahəsi, 5 ha kol-kos və 8 ədəd elektrik dirəyi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR