Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 18 İyun

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 18 İyun
# 18 iyun 2016 18:12 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

ABŞ Suriyada təşəbbüsün Rusiyanın əlinə keçməsindən narahatdır, amma hələlik proseslərə müdaxilə etmək niyyətində deyil. Vaşinqtonun Suriyaya müdaxiləsi prezident seçkilərinə kimi təxirə salınıb. Seçkilərin nəticələri barədə təxminlər yürütmək tezdir, amma Ağ Evin yeni sahibinin planları sırasında Suriya məsələsinin öncəlik təşkil edəcəyi şəksizdir. O dövrə kimi isə Birləşmiş Ştatlar Suriyada maraqlarını dəyişməz saxlamağa çalışacaq. Maraqlar bundan ibarətdir - Suriyada İŞİD-ə və Əsəd rejiminə qarşı döyüşən silahlı birləşmələrin zəifləməsinə imkan verməmək, buna cəhd edən xarici qüvvələri isə ən azı seçkilərədək neytrallaşdırmaq. Suriyada həm Əsədə, həm İŞİD-ə qarşı döyüşən ABŞ dəstəkli qüvvələr çox deyil, bunların başında PKK-nın Suriya qanadı gəlir. PYD-yə açıq dəstək davam edir, bu baxımdan ABŞ-ın Türkiyə siyasəti ən azı seçkilərədək dəyişməz qalacaq. Seçkilərdən sonra isə Vaşinqtonun Ankaraya ehtiyacı çox olacaq, çünki verilən açıqlamalar və atılan addımlar göstərir ki, zamanında ABŞ-ın Suriyaya hərbi müdaxiləsi ehtimalı artır. İraq təcrübəsi göstərir ki, ABŞ-ın bölgədə irimiqyaslı hərbi əməliyyatları Türkiyənin dəstəyi olmadan lazımi effekt vermir və Vaşinqtona həm hərbi, həm də maddi itkilərə başa gəlir. Yaxın Şərqdə yenidən aktiv mövqeyə keçmək üçün seçkiləri gözləməmək də olar fikri isə Ağ Evdə qəbul olunmur. Çünki, amerikalılar Suriya məsələsinin seçkilərin taleyini həll edəcək müzakirə mövzusu olmasını istəmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR