bakıda avtomobildən oğurluq edən şəxs tutulub

bakıda avtomobildən oğurluq edən şəxs tutulub
# 06 iyul 2016 16:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayon 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 2-də Ramil Zeynalova məxsus “VAZ-2107” markalı avtomobildən səsgücləndiricilər, səs aparatı və ehtiyat təkəri oğurlamış Bakı şəhər sakini Təbriz Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR