"Ulduzum" sadiqlik proqramı müştərilərinə yüksək səviyyəli istehlakçı xidmətləri təqdim edən TOP-5 şirkət sırasına daxil olub

"Ulduzum" sadiqlik proqramı müştərilərinə yüksək səviyyəli istehlakçı xidmətləri təqdim edən TOP-5 şirkət sırasına daxil olub
# 24 avqust 2015 08:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakcell” şirkəti “Ulduzum” sadiqlik proqramı ilə telekommunikasiya sahəsində müştərilərinə yüksək səviyyəli istehlakçı xidmətləri təqdim edən 5 ən yaxşı şirkət sırasına daxil olub.

“Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, "Bakcell"in “Ulduzum” proqramı “Telecoms World” tərəfindən Orta Şərq, Mərkəzi və Şərqi Asiya və Şimali Afrika ölkələrində fəaliyyət göstərən 250 namizəd arasında ən yaxşı istehlakçı xidmətləri göstərən 5 finalçı şirkətdən biridir. Beləliklə, şirkət sentyabr ayında Dubayda keçiriləcək “The Telecoms World Middle East Awards 2015” mükafatlandırma mərasimində “Ən yaxşı istehlakçı xidmətləri” kateqoriyasında birinci yerə çıxmaq şansına sahibdir.

“Biz dünya üzrə istehlakçılarına ən yaxşı xidmət göstərən 5 ən yaxşı şirkət arasında olmaqdan qürur duyuruq. Bizim üçün “Ulduzum” proqramı müştərilərinə cəlbedici endirimlər təqdim edən proqram olmaqdan daha artıqdır; bu, loyallıq, etibar və böyük “Bakcell” ailəsi olmaqla əlaqəlidir. Bu gün abunəçi bazamızın təxminən 45%-i “Ulduzum” proqramından aktiv şəkildə istifadə edərək müxtəlif imtiyazlardan yararlanır. “Ulduzum” Azərbaycanda olan ən uğurlu loyallıq proqramıdır və bu səbəbdən də biz inanırıq ki, bu proqram uğurlarını davam edərək gələcəkdə “Bakcell” şirkətinə daha da çox abunəçi cəlb etməklə yanaşı nüfuzlu mükafatlar qazandıracaq”, - deyə “Bakcell” şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

“Ən yaxşı istehlakçı xidməti” mükafatının namizədlərindən biri olmaq “Bakcell” üçün növbəti uğur hekayəsidir. Şirkət hər zaman abunəçi ehtiyaclarını qarşılamaq üçün səy göstərir, xidmətlərini təkmilləşdirir və ümumiyyətlə müştəri təcrübəsinin səviyyəsini artırır.

1,4 milyondan artıq istifadəçisi ilə "Bakcell"in Ulduzum proqramı, istifadəçilərinə bir çox imtiyazlar və xidmətlər təqdim edərək loyallığı artıran ən uğurlu və tanınmış loyallıq proqramlarından biridir. Bir qədər öncə istifadəyə verilən iOS və Android əməliyyat sistemində işləyən mobil proqram vasitəsilə “Bakcell” abunəçiləri müxtəlif “Ulduzum” endirimlərindən faydalana bilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR