ÜST: Azərbaycanda tütünlə bağlı reklamın qadağan edilməsi nailiyyətdir

ÜST: Azərbaycanda tütünlə bağlı reklamın qadağan edilməsi nailiyyətdir
# 05 avqust 2016 08:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycanda Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının həyata keçirilməsi üzrə növbəti hesabat ÜST-yə təqdim edilib. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan tərəfindən təqdim edilmiş hesabat barədə məlumatı Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının Katibliyinin Hesabat və Məlumat İdarəsinin rəhbəri Tibor Szilagyi ÜST-nin Çərçivə Konvensiyasının rəsmi facebook və twitter səhifələrində bölüşüb.

Məlumatda, xüsusilə də Azərbaycanın Reklam haqqında Qanunu ilə tütün və tütün məmulatlarının bütün növlərinin reklamının qadağan edilməsi Azərbaycanın nailiyyətlərindən biri kimi vurğulanıb. Eyni zamanda İSİM tərəfindən 2015-ci il mayın 31-dən etibarən start verdiyi “Hər günün tütünsüz olsun!” adlı davamlı onlayn aksiyasından nümunəvi fotoşəkil təsvir edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR