ARDNŞ «Şahdəniz» qazının Avropaya nəqli marşrutunun seçilməsi üçün əsas meyarları açıqlayıb

ARDNŞ «Şahdəniz» qazının Avropaya nəqli marşrutunun seçilməsi üçün əsas meyarları açıqlayıb
# 08 aprel 2013 15:55 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, ixrac marşrutu seçiləndə ilk növbədə kəmərlərin əhatə etdiyi ölkələrin bu kəmər vasitəsilə almaq istədiyi qazın həcmi və qiyməti nəzərə alınacaq. Kəmərin seçilməsi üçün ikinci əsas kriteriya isə kəmərlə daşınan qaza görə tranzit haqqı olacaq.

Qeyd edək ki, hazırda «Şahdəniz Mərhələ 2» çərçivəsində çıxarılacaq qazın (Böyük Azərbaycan qazı) Avropaya nəqli ilə üçün marşrut seçimi başlayıb. Bunun üçün iki marşrut - Mərkəzi Avropanı əhatə edən “Nabucco” və Cənubi Avropaya istiqamətlənən TAP layihələri nəzərdən keçirilir. Hər iki layihənin səhmdarları öz təkliflərini «Şahdəniz» konsorsiumuna təqdim ediblər və iyun ayınadək ixrac kəməri seçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR