Azərbaycana daxil olan pul baratlarının həcmi 32% azalıb

Azərbaycana daxil olan pul baratlarının həcmi 32% azalıb
# 12 noyabr 2015 08:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin 9 ayında iqtisadi tərəfdaş ölkələrdən Azərbaycana daxil olan pul baratları 863 mln. ABŞ dolları təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub.

Sənəddə bildirilib ki, iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət pul baratlarının dinamikasına təsir edib.

Məlumata əsasən, 2014-cü ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövründə ölkəyə daxil olan pul baratlarının həcmi 404 mln. manat və ya 31,89% azalıb.

Qeyd edək ki, 2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana daxil olan pul baratlar 1 132 mln. ABŞ dolları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR