Məzahir Pənahov AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

Məzahir Pənahov AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb
# 17 iyun 2016 13:27 (UTC +04:00)

Bakı - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda, Stefan Şennak və Belçikanın senatoru, AŞPA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi ilə görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Pənahov MSK-nın Avropa Şurası, eləcə də onun müxtəlif qurumları ilə çoxillik səmərəli əlaqələri barədə danışıb. O, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığına hər zaman önəm verdiyini və seçkilərlə bağlı müxtəlif sahələrdə bu əlaqələrin davam etdirilməsinin seçki praktikasının daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Nümayəndə heyəti isə Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər və iyunun 18-də prosesləri yaxından müşahidə edəcəkləri 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin azad və ədalətli keçirilməsi üçün atılan addımlarla maraqlanıblar. M. Pənahov bu istiqamətlərdə həyata keçirilən layihələri diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR