Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb - VİDEO

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb - <span style="color: red;">VİDEO
# 05 noyabr 2015 08:32 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən 3 balıqçıdan birinin meyiti tapılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə aşkar edilib. Meyit Xəzər dənizinin Xaçmaz rayonunun Çayqaraqaşlı kəndi istiqamətində tapılıb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri tərəfindən tapılan meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ötən gün Xəzər dənizinin Xaçmaz sahilində tikin düşən digər 2 balıqçının Laçın Laçınov və İlqar Daşdəmirovun axtarışları davam etdirilir.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri və aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Qeyd edək ki, dünən günorta saatlarında Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib. Onlar da bu barədə FHN-ə məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR