“Azərbaycan Dəmir Yolları” 10 ədəd “NAZ Lifan” alıb

“Azərbaycan Dəmir Yolları” 10 ədəd “NAZ Lifan” alıb
# 29 iyun 2016 11:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi 10 ədəd “NAZ Lifan” avtomobili alıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, avtomobillər xidməti istifadə üçün nəzərdə tutulur.

Ümumiyyətlə, “Azərbaycan Dəmir Yolları» QSC-nin avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək.

Qeyd edək ki, 26 yanvar 2016-cı ildə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, indi o vəziyyət deyil ki, kimsə özü üçün dövlət hesabına xüsusi bir avtomobil alsın: “Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar. Yəni, hökumət bu sahəyə çox ciddi diqqət verməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR